Mariya Zaxarova Heydər Əliyevə hörmətsizlik etdi | VİDEO

   Mariya Zaxarova Heydər Əliyevə hörmətsizlik etdi    | VİDEO
  23 Mart 2026    Oxunub:4427
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 18-də keçirdiyi brifinqdə Azərbaycanın milli lideri Heydər Əliyevə hörmətsizlik edib.
Məsələ belə olub: “Автор i” saytından olan jurnalist Ruslan Pankratov ondan Ermənistanın baş naziri Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışı zamanı dediyi fikirlərə münasibətini soruşub. Həmin çıxışında Paşinyan belə deyib: “Ölkədəki bəzi din xadimləri – o şəxslər ki, vaxtilə SSRİ KQB-nin agentləri olublar,- Ermənistanın müstəqilliyini üçüncü dövlətlərin marağına qurban verməyə çalışırlar”.

Burada “vaxtilə KQB-nin agenti olmuş din xadimi” deyiləndə katalikos II Qareginin (Ktriç Nersisyan), “üçüncü dövlət” deyiləndə isə Rusiyanın nəzərdə tutduğu Ermənistandakı prosesləri az-çox izləyən hər kəsə gün kimi aydındır. Ona görə də dialoqun sonrakı hissəsi tamamilə anlaşılmaz görünür.

Mariya Zaxarova guya dəqiqləşdirmək məqsədilə soruşur: “Mən başa düşmürəm ki, Paşinyan “KQB-nin əməkdaşları” deyəndə kimi nəzərdə tutur? Cənab Əliyevimi? Heydər Əliyevin haqqındamı belə deyir?”

Halbuki, sualda açıq şəkildə və aydın diksiya ilə deyilirdi: Paşinyan Ermənistandakı bəzi din xadimlərini nəzərdə tutaraq belə deyib. Bunu başa düşməmək üçün insan ya ciddi diqqət çatışmazlığından əziyyət çəkməli, ya da idrak problemləri olmalıdır. Üçüncü variant da mümkündür: adam özünü sadəcə, qanmazlığa qoya bilər.

Maraqlıdır, görəsən Mariya Zaxarova da bunlardan hansıdır?

Vüsal Məmmədov
AzVision.az



Azərbaycanın Xarici İşlər Nazirliyinin cavabı ilə buradan tanış ola bilərsiniz.


Teqlər: Rusiya   Zaxarova  



Xəbər lenti